Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.

XALQ.AZ məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

Akif Pirverdiyevə 2022-ci ildə Prezident İlham Əliyevin  Sərəncamı ilə  General-mayor ali hərbi rütbəsi verilib

O, 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub.

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini – Quru Qoşunların Komandanı təyin edilib.


media-ads-728x90

Bənzər xəbərlər