Nazir generalın oğluna vəzifə verdi

Daxili işlər Nazirliyində kadr dəyişikliyi olub.

Xalq.Az-ın əldə etdiyi məlumata görə, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Sənədə əsasən, Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib.

Xatırladaq ki, Ə.Əsədullayev Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur.