Nazir görüş keçirəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  16 martda  saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.

XALQ.AZ  xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-2106484) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

Orxan