Nazir Gürcüstana gedib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.