Nazir: “Hər iki tərəf bu əlaqələrin inkişafında maraqlıdır”

“Azərbaycan-Rusiya nəqliyyat əlaqələri inkişaf edir. Hər iki tərəf bu əlaqələrin inkişafında maraqlıdır”. 

XALQ.AZ  xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, bu forum iki ölkə arasında çoxtərəfli əməkdaşlığı əks etdirir: “Azərbaycanın infrastruktur şirkətləri Rusiyada həyata keçirilən layihələrdə fəal iştirak edirlər. İki ölkə arasında bir sıra sənədlər, o cümlədən rəqəmsal nəqliyyat sisteminin yaradılması ilə bağlı müqavilə imzalanıb”.

 

 

Orxan