Nazir iki mayora yeni vəzifə verdi

Daxili İşlər orqanlarında yeni təyinatlar olub.

XALQ.AZ-ın məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Sənani Məmmədov Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin edilib. 

Nazirin digər əmri ilə, polis mayoru Rəşad Nəbiyev Ağstafa Rayon Polis Şöbəsinin baş müstəntiqi vəzifəsindən azad olunaraq Tovuz rayon polis şöbəsinin baş müstəntiqi vəzifəsinə təyin olunub.