Nazir: “”Keçən il taxıl idxalına 227 milyon dollar vəsait xərclənib”

Kənd təsərrüfatı sahələrinin heç biri texnika çatışmazlığından əziyyət çəkməməlidir.

XALQ.AZ “APA-Economics”-ə istinadən xəbər verir ki bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, bu il 190 kombayn alınması üçün nəzərdə tutulir, artıq müqavilələr bağlanılıb.

“Aprel ayından kənd təsərrüfatı texnikalarının ölkəyə gətirilməsinə başlanılacaq”, deyə nazir qey edib.

H.Əsədovun ölkəyə idxal olunan taxılın həcminə də toxunub. Nazirin sözlərinə görə, 2016-cı ildə taxıl idxalı 1 mln. 600 min ton olduğu halda, keçən il bu rəqəm 1 mln. 200 min ton həddə düşüb: “Keçən il taxıl idxalına 227 milyon dollar vəsait xərclənib. Bizim idxal etdiyimiz taxıl 1, 3-cü sinif taxıldır. Bu, istehlak edilən taxılın 37%-ni təşkil edir. Bunları ani istilər düşdüyündən və digər amillərlə bağlı biz yetişdirə bilmirik. Amma digəri texniki təyinatlı taxılar Azərbaycanda yetişdirilir”.

RƏSUL