Nazir koronavirusdan öldü

Haitinin Sosial məsələlər naziri Emmanuel Kantav koronavirusdan ölüb.

XALQ.AZ xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə nazirliyin rəsmi nümayəndəsi bildirib. 

Nazirin nə zaman yoluxması barədə məlumat verilməyib.

Qeyd edək ki, bu günədək Haitidə 3 662 nəfər koronavirusa yoluxub, 56 nəfər isə həyatını itirib.