Nazir kortejində qəza

Polis-2

Türkiyədə 30 mart seçkilərinin nəticələrini dəyərləndirmək üçün Ədirnə vilayətinə səfər edən səhiyyə naziri Mehmet Müəzzinoğlunun avtomobil karvanında qəza baş verib.

Xalq.az-ın məlumatına görə, nazir konvoyunu müşayiət edən polis avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub. Nəticədə 3-ü polis əməkdaşı olmaqla, 4 nəfər xəsarət alıb.

Polislərdən birinin vəziyyəti ağırdır. Hadisə Ədirnənin tarixi Uzunköprü körpüsü üzərində baş verib.