Nazir: “Məktəbəhazırlıq səviyyəsi 75 faizə çatıb”

“4 il bundan əvvəl ölkədə məktəbəhazırlıq səviyyəsi 25 faiz idi. Ötən tədris ilində bu göstərici 65 faizə, bu il isə 75 faizə çatıb”.

 

XALQ.AZ  xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, ötən il yaşayış məntəqələrində fəaliyyətə başlayan 50 icma əsaslı təhsil növündə olan 3-5 yaş arası uşaqların sayı 1000 nəfər idisə, bu il xarici təşkilatların dəstəyi ilə 100 yaşayış məntəqəsində 2000 nəfər uşaq təhsil ala biləcək:

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiqləməsindən ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.