XALQ.AZ xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, ötən il yaşayış məntəqələrində fəaliyyətə başlayan 50 icma əsaslı təhsil növündə olan 3-5 yaş arası uşaqların sayı 1000 nəfər idisə, bu il xarici təşkilatların dəstəyi ilə 100 yaşayış məntəqəsində 2000 nəfər uşaq təhsil ala biləcək:
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiqləməsindən ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib”.
Orxan