Nazir millət vəkilini təltif etdi

Ramil müəllim bugünkü müstəqil dövlətimizin qurucusu olan Heydər Əliyevin böyük etimad göstərdiyi kadrlardandır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

 

XALQ.AZ xəbər verir ki, Modern.az saytı  Məlahət İbrahimqızının  bu təltiflə bağlı təssüratatlarını öyrənib.

Deputat onu və bir neçə həmkarını Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif  etdiyinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubova dərin minnətdarlığını bildirib.

“Həqiqətən də Azərbaycan polisi şərəfli bir yol keçib.  Azərbaycanın ərazi bütövlüyü uğrunda ilk şəhid olan şəxslər məhz Azərbaycan polisinin əməkdaşları olub. Onlar hər zaman böyük qəhrəmanlıqlar və şücaət göstəriblər. Hesab edirəm ki, ölkəmizdə sabitliyin və asayişin qorunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşları çox böyük fədakarlıqlar göstərirlər.  Bu yolda cənab nazir Ramil Usubovun rəhbərliyi ilə yorulmaq bilmədən çalışırlar.  Bildiyimiz kimi, hər bir dövlətdə bir sıra strukturların olmasının çox böyük əhəmiyyəti var. Həmçinin, daxili işlər orqanlarının.
Ramil müəllim bugünkü müstəqil dövlətimizin qurucusu olan Heydər Əliyevin böyük etimad göstərdiyi kadrlardandır. Bu gün cənab prezident İlham Əliyev də Ramil müəllimə çox böyük etimad göstərir”.

 

Deputat bildirib ki, Azərbaycanın ərazilərinin işğal olunduğu bir vaxtda, işğalçı ölkə ilə qonşu olduğumuz halda ölkəmizdə sabitliyin və asayişin qorunmasında cinayətkarlığa qarşı mübarizədə tədbirlərin aparılması həqiqətən də çox böyük fədakarlıq, cəsurluq tələb edir.

“Bu mənada Ramil Usubova və daxili işlər orqanlarının əməkdaşlarına bir vətandaş kimi, həmçinin seçicilərim adından dərin təşəkkürlərimi bildirirəm. Arzu edirəm ki, yüz illiklərimiz çox olsun. Biz belə yüz illikləri Şuşada, Xankəndində qeyd edək. Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duyuram”.

 

 

Orxan