Nazir müavini həbs olundu

Qazaxıstanın Təhsil və Elm nazirinin müavini Elmira Suxənberdiyevanın haqqında iki ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Bu barədə Tengrinews.kz xəbər yayıb. Bildirilir ki, istintaq təcridxanasında saxlanılan nazir müavini haqqında bütün şübhəli məqamlara aydınlıq gətiriləcək. Qeyd edək ki, bundan əlavə, Təhsil və Elm Nazirliyinin Milli Təcrübə Mərkəzinin rəhbəri Ramazan Alimulov da həbs edilmişdi.
Həbsin səbəbləri haqqında tam açıqlama verilməyib.
Elmira Aqangeldievna Suxənberdiyeva 26 oktyabr 1971-də Atırau vilayətində anadan olub. 1995-ci ildə Al-Farabi adına Qazaxıstan Milli Universitetini bitirib. Müxtəlif dövrlərdə gimnaziyada tarix müəllimi, uşaq bağçası müəllimi, tədris və təhsil işləri üzrə müdir, məktəb direktoru, Nur-Sultan şəhərinin Təhsil şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.

На данном изображении может находиться: 1 человек, сидит и в помещении