Nazir müavini təcili əməliyyat olundu

İqtisadiyyat nazirinin müavini Şirzad Əyyub oğlu Abdullayevin səhhətində problem yaranıb.
XALQ.AZ xəbər verir ki,  nazir müavini başında yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Ş.Abdullayev hazırda müalicə olunur və işə çıxmır.
Xatırladaq ki, Ş.Abdullayev  2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezidentin 2018-ci il 31 may tarixli 163 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.
Orxan

Comments are closed.