Nazir müdiri işdən çıxardı – Yeni təyinat

Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.
XALQ.AZ xəbər verir ki,  Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev vəzifəsindən azad olunub. Onun yerinə İlqar Mahmudovtəyin edilib.
Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.
Orxan