Nazir onları vəzifədən azad etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

XALQ.AZ xəbər verir ki, nazir bununla bağlı əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin – Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Unikal.org-a Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.

 

 

Orxan