Nazir onları vəzifəsindən azad etdi-Siyahı

“Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır”.
Vergilər Nazirliyinnin Media və Kommunikasiya Mərkəzindən XALQ.AZ-a verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.
“Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”, – deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.
Ad, soyad Tutduğu vəzifə
İlqar Əhmədov Vergilər nazirinin müşaviri, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktoru
Nəsimi Cəfərov Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorun müavini
Raqif Qurbanov Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktorunun I müavini
Mübariz Verdiyev Milli gəlirlər Departamentinin şöbə rəhbəri
Natiq Məmmədov Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Mübariz Əmiraslanov Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Qabil Tarquliyev Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Tariyel Şahbazov Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Elxan Həsənzadə Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Kəmaləddin Baxşəliyev Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Nicat Məmmədzadə Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
Nazim Cahangirov Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
Azər Qurbanov Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
Fuad Zeynalov Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
Azər Mehdizadə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin şöbə rəhbəri
Emil Xanməmmədov Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin İdarə direktoru