Nazir prokurorluqda ifadə verəcək

45

 

 

Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko ifadə vermək üçün ölkənin Baş Prokurorluğuna çağırılıb.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, xüsusi təyinatlı «Berkut» dəstəsinin «səlahiyyət həddini» aşması ilə bağlı istintaqın suallarını cavablandıracaq.

Mənbə bildirib ki, müxalifətin tələbələrinə baxmayaraq, nazir istefa verməyəcəyini deyib. «Məhkəmə qanunu pozan 14 nəfərin tutulması haqda qərar qəbul edib. Əlimizdə olan məlumatlara əsasən bir sıra şübhəlilərdə saxlanılacaq. Onların arasında «Bratstvo» təşkilatının lideri Dmitri Korçinsik də var».

Vitali Zaxarçenko brifinqdə yaxın zamanlarda istintaqın nəticələrinin təqdim ediləcəyini və «qərar qəbul edilməsi üçün onları Baş Prokurorluğa» veriləcəyini söyləyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.