Nazir prorektora yüksək vəzifə verdi

Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib.
XALQ.AZ xəbər verir ki,  Oqtay Şirəliyevin müvafiq əmri ilə, Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyinat alıb.
Xəbəri Səhiyyə Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 24.10.1976-cı ildə Bakıda anadan olub. O bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.
Orxan

Comments are closed.