Nazir qəbul keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 19 aprel 2019-cu il tarixində saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a) Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının vətəndaşlarını qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.