Nazir qəbul keçirəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 8-də saat 12:00-da Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 Çağrı mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün vətəndaşlardan Hacıqabulda – (021) 204 31 01; Şirvan şəhərində – (021) 215 15 15; Sabirabadda – (021) 235 51 55; Saatlıda – (021) 285 21 23 nömrəli telefonlara zəng etmələri xahiş edilir.

 

Orxan