Nazir qəbul keçirəcək

MİSHA

 

Təhsil naziri Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək. Nazirlikdən Xalq.az-a verilən məlumata görə, fevral ayının 10-da Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Görüş saat 11:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.