Nazir qəbul keçirdi

Eli

Rabitə və İnformasiya naziri Əli Abbasov yenidən şimal bölgəsinə səfər edib, bir müddət əvvəl Siyəzəndə vətəndaşları qəbul edən nazir bu dəfə Qubada, Qusar, Quba və Xaçmazdan olan şikayətçiləri qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, qəbuldan əvvəl Əli Abbasov Qubanın Dağlı kəndindəki, çoxrəqəmli ötürücü sitansiyaya baş çəkib, burada mexanizm və qurğuların iş ritmi ilə tanış olub. Daha sonra Quba poçtamtının yeni binasında vətəndaşları qəbul edən Rabitə və Yüksək Texnalogiyalar naziri Əli Abbasov qəbul etdiyi hər bir sakinin probleminə diqqətlə yanaşıb.

Quba sakini təxminən 20 il əvvəl rabitəçilər üçün inşa edilmiş 36 mənzillik yaşayış binasının hələ də rayon Telekommunikasiya Qovşağının balansında olduğunu, bu binanın Əmlak komitəsinin balansına keçirilmədiyini dedi. Bu səbəbdən sakinlərin hər hansı bir sənəd alarkən müvafiq problemləri yaşanır. Nazir bu məsəslənin həlli üçün Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri qarşısında bu məsələni qaldıracağını dedi.

Daha sonra yerlərdəki problemlərlə tanış olmaq üçün Qusar və Xaçmaz telekommunikasiya qovşaqlari ilə telekörpü yaratdı. Qusar rayon Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov rayonda internet istifadəçilərinin sayının yarıbayarı olduğunu dedi.

Əli Abbasovbun növbəti vətəndaşlarla növbəti qəbulu Göygöl rayonunda olacaq.