Nazir Qobustanda vətəndaşlarla görüşdü

Shahin Mustafayev-1

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qobustanda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Xalq.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa cəlb edilməsi, yerli istehsal məhsullarının ixracının dəstəklənməsi, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaş müraciətləri diqqətlə dinlənilib, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, bir sıra məsələlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn sahibkarlarla müzakirələr aparılmış, müasir heyvandarlıq komplekslərinin, iri taxılçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, istixanaların, yerli xammala əsaslanan sənaye müəssisəsinin yaradılması, çörək və şirniyyat, damazlıq yumurta, tikinti materialları istehsalı və s. sahələrlə bağlı təklifləri dinlənilib. İnvestisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb. Müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, qəbulda 70 vətəndaş iştirak edib