Nazir rəisi işdən azad etdi

45

 

Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev vəzifəsindən kənarlaşdırılıb

Respublika Baytarlıq Xidmətindəki mənbədən daxil olan məlumatda deyilir ki, müavini Adil Usubovla “savaşan” Ş.Abdullayev məğlub olub.

Belə ki, müavinindən nazirliyə və məhkəməyə şikayət etsə də, heç bir şeyə müvəffəq olmayan rəisin səlahiyyətləri əlindən alınıb.

Yeni kənd təsərrüfatı naziri Heydər Əsədov ət sektorundakı özbaşınalıqların günahını Ş.Abdullayevdə görərək, vəzifəsinə son verib. Hazırda onun səlahiyyətlərini müavni Adil Usubov icra edir.

Məsələyə münasibətini öyrənmək üçün Ş.Abdullayevin mobil nömrəsi ilə əlaqə saxlamaq istəsək də, telefon bağlı olduğundan cəhdimiz uğursuz alındı. (azerinfo.org)