Nazir Ramil Usubov polis orqanlarından göndərilmiş namizədlərə sıra baxışı keçirib

 

45

Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

Xalq.az  DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Qeyd edək ki, DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir namizədlərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, onların zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb. Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb.

Daxili işlər naziri ümumən namizədlərin hazırlıq səviyyəsindən razı qalıb, bəzi iradlarını bildirib, tapşırıq və tövsiyələrini verib.