Nazir rektorla görüşdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

XALQ.AZ  xəbər verir ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı arasında görüş keçirilib.

Görüş zamanı geotermal suların istifadəsi, universitet tələbələri tərəfindən həyata keçirilən start-up layihələri və çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı tədbirlər müzakirə olunub.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.