Nazir səfərdədir

 

trend_zakir_hasanov_131014_3 (1)

Müdafiə naziri general-polkovnikZakir HəsənovGürcüstan müdafiə naziri Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

 

XALQ.AZz-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Z. Həsənovun Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

 


 

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.