Nazir səfirlə görüşdü

36

Nazir Əli Abbasov Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Robert Jan Qabrielsen ilə görüşüb.

Xalq.az   nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda İKT sahəsində yürüdülən dövlət siyasəti, bu sektorun gələcək illərdə də prioritet istiqamət kimi önə çəkilməsindən söz açan Əli Abbasov qonağı milli, regional layihələr, o cümlədən “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə həyata keçirilən tədbirlərlə bağlı məlumatlandırıb. Avropa Birliyinin üzvü kimi, Niderland Krallığının İKT sahəsində ön sıralarda olmasına da diqqət çəkən nazir ölkələrimiz arasında bu sahədə münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu, eyni zamanda Krallığın təcrübəsindən ölkəmizdə istifadənin mümkünlüyünü bildirib. Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə tanış olduğunu deyən səfir xüsusən İKT sahəsində sürətli inkişafa nail olunduğunu qeyd edib. Ölkəsinin bu sahədə keçdiyi inkişaf yoluna da diqqət çəkən diplomat “4G” texnologiyalarından istifadənin genişləndirilməsi, “start-up”ların inkişafı üçün hökumət tərəfindən yaradılan əlverişli şərait, xüsusən İKT-nin tətbiqi ilə Hollandiyanın böyük “Filips” şirkətinin əldə etdiyi uğurlardan söz açıb.