Nazir Sammitdə çıxış edəcək

44

 

Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 17-ci Avrasiya İqtisadi Sammiti öz işinə başlayıb.

Sammitdə Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

“Dialoq və sülh layihəsi” olaraq qəbul edilən sammitin gündəliyində dizayn və texnologiya, müasir iqtisadiyyatın inkişafında İKT-nin rolu, texnologiyaların, o cümlədən internetin əlçatanlığına görə ölkələrarası rəqəmli fərqlilik və s. məsələlər yer alıb. Tədbirə Meksikadan Fransaya, Seneqaldan Pakistana qədər 50-yə yaxın ölkədən 600-dək nümayəndə qatılıb. Sammitdə nazir Əli Abbasovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.