Nazir şöbə rəisi və 3 əməkdaşını işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb.

Modern.az xəbər verir ki, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar. 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı faktı təsdiqləyib.