Nazir Tovuzda qəbul keçirəcək

Kamal

 

Yanvarın 27-də saat 11.00-da Tovuz şəhərindəki Olimpiya İdman Kompleksinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Vətəndaşların qeydiyyatı yanvarın 26-da saat 9.00-da Olimpiya İdman Kompleksinin binasında (Tovuz şəhəri, Heydər Əliyev prospekti-1) başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az