Nazir vətəndaşları qəbul edib

kamal

Dünən Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lerik şəhərində vətəndaşları qəbul edib.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Lerik şəhər Mədəniyyət evinin binasında keçirilən qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Fövqəladə hallar naziri tərəfindən 27 vətəndaşın müraciəti yerindəcə öz həllini tapıb.

Bundan başqa, kadr məsələləri ilə bağlı 197, digər məsələlərlə bağlı isə müraciət etmiş 133 vətəndaş nazir müavinləri, nazirliyin baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.