Nazir vətəndaşlarla görüşdü (FOTO)

fazil-1

Vergilər naziri Fazil Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, aprel ayının 24-də vergilər naziri Fazil Məmmədov tərəfindən Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Salyan və Hacıqabul rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan yuxarı vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirmişlər.

Vergi