Nazir “Yüksəliş” müsabiqəsinə qatılmaq istəyən gənclərə müraciət etdi – VİDEO

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

XALQ.AZ xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü – Gənclər və İdman naziri Azad Rəhimov gənclərə dəvət ünvanlayıb:

Əziz gənclər, “Yüksəliş” müsabiqəsinə qoşulmaqla uğurunuzu zəmanət altına almalı, xəyalınızdakı zirvəni hədəfləməlisiniz. Çünki hədəfinizə gedən ən yaxın yol məhz “Yüksəliş” müsabiqəsi olacaq”.

Daha ətraflı https://yukselish.az/

XALQ.AZ