Naziri əvəz ədən Anar Kərimov 2 xanımı işdən çıxardı

modern.az anar kerimov modern.az 84

Mədəniyyət Nazirliyinin iki əməkdaşı işdən çıxarılıb.

XALQ.AZ xəbər verir ki, nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssis-inspektoru Şahbazbəyova Zemfira Nazdir qızı vəzifələrindən azad edilib.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 12-də mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb.