Nazirin qardaşı oğlunun sərgüzəştləri

16

 

 

Ziya Məmmədovun deputat qardaşının oğlu milyonlarını reklam etdi

Əgər lovğalıq, özündənrazılıq da işıq saçsaydı, Aynar Məmmədov hətta kosmosdan da görünərdi. Bəs orta statistik azərbaycnlı soyadı daşıyan bu adam kimdir?

Bu adam nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovdur. Aynar həmin orta statistik azərbaycanlıdan onunla fərqlənir ki, özünə heç nə sarıdan korluq vermir.

11

 

Amma Aynar yaşı 50-dən çox olan oliqarxlardan fərqli olaraq müasir gəncdir və sosial şəbəkələrdən də fəal şəkildə istifadə edir. Əlbəttə, Aynar da özünün yüksək mənsəbli dostları qarşısında pərt olmaq, utanmaq istəmir. Elə buna görə də deputat balası sosial şəbəkədəki şəxsi səhifələrində təzəcə aldığı bahalı oyuncaqlarını müntəzəm olaraq “sərgiyə çıxarır”.

Aynar balanın bu əyləncəsi isə filateliya, aviasiya, yaxud da Cənubi Amerikaya sərgüzəştlər dolu səyahətlər deyil. O, məmur, oliqarx və ya deputat balalarından elə də fərqlənmir. Onun da sevdiyi əşyalar bahalı maşınlar, saatlar, pal-paltardır.

 

12

Amma bu əşyaların bahalığına görə yəqin ki, heç kim Aynara çata bilməz. Aynarın ən çox öyündüyü şey unikal maşın kolleksiyasıdır. Bura dünyanın aşağıda adları sadalanan ən bahalı, sürətli və dəbdəbəli avtomobil markaları daxildir:

13

 

  • “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir);

  • “Mercedes CLS 63” (72 min dollar);

  • “Grand Cherokee” (60 min dollar);

  • “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır);

  • “Maserati” (ən sadə modeli 65 min dollardır).

 

14

 

Ola bilər kimsə mübahisə eləsin, desin ki, bu maşınlar deputat oğlunun deyil. Amma bu maşınların hər birinin dövlət nömrə nişanında 100 rəqəmi var. Bu nömrə də Aynarın sevimli nömrəsidir. Nömrəsində 100 rəqəmi olan “BMW M5” markalı dəbdəbəli maşın onun İnstagram səhifəsində tez-tez gözə soxulur. Ona görə də “bunlar Aynarın ola bilməz” şübhələri əsassızdır. Yeri gəlmişkən, “BMW M5” dünyada ən sürətli maşınlardan sayılır. O, saatda 100 km məsafə sürətini 4,7 saniyəyə yığır. Aynar bala Bakıda gəzintiyə bu maşınla çıxır…

Yeri gəlmişkən, bu maşının “F10” modeli nisbətən “ucuzdur” – 150 min dollar. Aynar Məmmədov məhz bu modelin sahibidir. Ən maraqlısı da odur ki, deputatın oğlu, nazirin qardaşı oğlu bu dəbdəbəli əyləncələri özünə vətəndaşı 200 manat pensiya ucbatından özünü yandıran bir ölkədə rəva görür.

Xəbərlərdən belə məlum olur ki, Birləşmiş Ərəb Əmirliklərində “Lamborghini Avendator P700-4” markalı maşınında kefikök halda gəzib dolaşan Aynar Məmmədov onu nəhayət ki, Bakıya gətirmək qərarına gəlib. Məsələ burasındadır ki, dostları onun belə bir əfsanəvi maşınının olmasına inanmayıblar. Uşaq da dediyini sübuta yetirib…

Amma təkcə maşınlar da deyil. Deputat oğlunun qiyməti on minlərlə dollarla ölçülən bahalı saatları və ətriyyatı da var. Onların hamısı xüsusi sifarişlə hazırlanıb. Hamısının da üstündə bu ərköyün və zəngin müştərinin adı həkk olunub.

15

 

Razılaşın ki, “Dior”, “Fendi”, “Yves Saint Laurent” kimi məşhur brendlər artıq çox “darıxdırıcı və bayağı”dır. Aynar balanın isə incə zövqü varmış. Buna görə də deputat balası üçün hətta ətriyyat da ərəblərin dəbdəbəli “Hindal Oud” parfümeriya fabrikində xüsusi sifarişlə hazırlanır. Bu ətirlərin ən böyük müştərisi Yaxın Şərqin zəngin şeyx və şahzadələridir. Bəs Aynar Məmmədovun onlardan nəyi əskikdir ki?!

Cənab Məmmədovun incə zövqü özünü geyim-kecimdə də göstərir. O, paltarları yalnız bahalı “Emiland” markasından sifariş edir.

Vaxt amili, daha doğrusu, amanın qol saatlarındakı inikası da Aynar Məmmədovun həyatında vacib yerlərdən birini tutur. Gənc yeni azərbaycanlının qolunun yaraşığı “Bovet”, “Harry Winston” kimi zavodlarınən bahalı məhsulları, , həmçinin “BMWM5”-nin kolleksiya variantıdır. Virtualaz.org saytının araşdırması göstərir ki, bu saatların qiyməti isə 60 min dollardan başlayıb 240 min dollarda qurtarır.

Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o, de-yure məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri vəı seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınların tüninqi (avtomobillərin görkəminin dəyişdirilməsi və bəzədilməsi) ilə məşğul olan elit “PP-Perfomance” atelyesinin sahiblərindən biri olmağa qərar verib. Bu şirkətin ofislərinə dünyanın hər yerində rast gəlmək olar.

Aynar Məmmədov Azərbaycanın ən korrupsiyalaşmış ali məktəbini – Dövlət İqtisad Universitetini bitirib. Burada isə yekəxanalıqdan və lovğalıqdan başqa heç nə öyrətmirlər. (virtualaz.org)