“Nazirlər Kabinetində islahatlar davam edir”

“Ötən il Nazirlər Kabinetinin tərkibində islahatlar aparıldı. Heydər Əliyevin siyasi xəttinə və yoluna sadiq olan, ölkə başçısına sədaqətlə xidmət göstərən insanlar – Novruz Məmmədov və onun müavinləri ilə bağlı təyinat oldu. Kabinetdə gedən islahatlar davam etməkdədir”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, dövlət strukturunda islahatlar davam edir: “İqtisadiyyatın, sahibkarlığın inkişafına maneçilik törədən, özəl sektorun işinə müdaxilə edən strukturlar ləğv olundu. Mövcud vəziyyətin yaxşılaşdırılması üçün yeni strukturlar yaradıldı və proses bu gün də davam edir”.

 

Orxan