Nazirlər tennis oynadılar

Bu gün Bakı İdman Sarayında Azərbacyan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.

XALQ.AZ xəbər verir ki, Gənclər və İdman Nazirliyindən  verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib.

Nazir yarışlarda Azərbaycanı 56 idmançının on idman növündə təmsil edəcəyini bildirib. Azad Rəhimov ötən il Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumunun önəmindən də söhbət açaraq, dünyanın 45 ölkəsindən 220-dən çox iştirakçının qatıldığını və dövlətin daim əqli və fiziki imkanları məhdud insanlara diqqət göstərdiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bilidirib ki, xüsusi olimpiya idmançılarımızın Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına dəstək verilib. “Bu Oyunlarda iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb”.

Hər iki nazir idmançılarımıza bu yarışlarda uğurlar arzulayıblar. Onlar atletlərimizin təlim-məşq prosesinə baxıblar.

Qeyd edək ki, ilk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24, o cümlədən 8 qızıl, 11 gümüş və 5 bürünc medalla qayıdıblar.

Nazirlər tennis oynadılar - FOTOLAR

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.