Nazirlərin görüşü olacaq – Sabah

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

XALQ.AZ-ın xəbərinə görə,görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Yeganə