Nazirlikdə işə qəbul olacaq

 

66

 

Nazirlər Kabineti Vergilər Nazirliyinin (VN) ştat sayı haqqında qərar qəbul edib.

Verilən  məlumata görə, qərarla Nazirliyin ümumi ştat sayı 200 vahid artırılaraq cəmi 2319 vahid, o cümlədən aparatın ştat sayı 72 vahid artırılaraq cəmi 334 vahid müəyyən edilib.

Maliyyə Nazirliyinə və VN-ə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

VN-də bildirirlər ki, əsasən vergi ödəyicilərin xidmət sahəsində işçilərin sayının artırılması nəzərdə tutulub.