Nazirlikdə təltifetmə mərasimi keçirilib

Fərqlənən idmançılar mükafatlandırılıb

Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən idmançılarla görüş keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisələrin rəhbərləri, idmançılar iştirak ediblər.

XALQ.AZ xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb.

Nazir müavini 2018-ci il ərzində Təhsil Nazirliyinin müvaviq əmrləri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Firudin Qurbanov təltif olunan şəxslərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri Fərman və təşəkkürnamələrini təqdim edib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif edilən şəxlər Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticələr əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir.

image description

image description

image description

image description

image description

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.