Nazirlikdə kadr islahatlar davam edir

 

01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr islahatları aparılıb. Xalq.az xəbər verir ki, nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini, Tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri Saday Abdullayev tibbi-sosial ekspertizanın təşkili və əlillərin sosial təminatı sahəsində işində yol verdiyi nöqsanlara görə işdən azad edilib.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri və müdir müavini, o cümlədən İqtisadiyyat şöbəsinin müdiri də tutduqları vəzifədən kənarlaşdırılıblar. İşdən çıxarılanların yerinə isə yeni təyinatlar aparılmayıb.