Nazirlikdə kollegiya iclası keçirildi

2

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib. 

 

Xalq.az xəbər verir ki, iclasda çıxış edən nazir Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr barədə danışıb. Nazir “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafın dair 2014-2020-ci illər üçün Milli Strategiya” və Dövlət Proqramları ilə bağlı nazirliyin qarşısında duran mühüm tədbirlər barədə məlumat verib.

İclasda hesabat dövründə rabitə texnologiyaları sektorunda görülmüş işlər və əldə olunmuş nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, rüb ərzində İKT, informasiya və poçt sektorunda əldə olunmuş gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13.3 faiz artıb. Bu sektor üzrə əldə olunan gəlirlərin ÜSM-da payı 1.9 faiz təşkil edib. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifdəçilərinin sayı isə 55 nəfərə yaxındır.

Ə.Abbasov deyib ki, ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanlar nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatıb.