Nazirlikdən xəbərdarlıq

4

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Axşama doğru mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan xəbərə görə, havanın temperaturunun gecə 20-24, gündüz 30-35, yarımadanın bəzi yerlərində 37 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərda arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyunun 28-dən 29-na keçən gecədən başlayaraq şimal-qərb küləyinin güclənəcəyi, iyunun 29-u axşam və iyunun 30-da daha güclü olacağı gözlənilir. İyunun 30-da gecə və səhər saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, iyunun 30-da 24-29 dərəcə isti təşkil edəcəyi, güclü küləkli hava şəraitinin  iyulun 01-i gündüzədək davam edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə iyunun 28-i günün ikinci yarısından başlayaraq  qərb, şimal-qərb küləyinin güclənəcəyi, bəzi Kür vadisi rayonlarda isə daha da güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında bəzi yerlərdə  şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək. Güclü küləkli hava şəraiti iyulun 01-dək davam edəcək.