Nazirliyin qarşısında avtoqəza

44

 

Bakıda ağır avtoqəza baş verib. ANS PRESS-in məlumatına görə, yol nəqliyyat hadisəsi Yasamal rayonu Mətbuat prospektində, Müdafiə Nazirliyinin qarşısında baş verib.

Nazirliyin önündə 90-UC-278 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə, 90-GN-032 dövlət nömrə nişanlı “Land Cruser” markalı avtomobillər toqquşub.

Qəza zamanı “Mercedes”in sürücüsünün ağır bədən xəsarətləri aldığı və xəstəxanaya aparıldığı bildirilir. Hadisə zamanı hər iki avtomobilin ön hissələrinə ciddi ziyan dəyib.

Qəzanın səbəbləri araşdırılır.