Nazirliyin qarşısında partlayış

 

27

Hadisə nəticəsində 6 polis əməkdaşı ölüb, 4-ü isə yaralanıb

 

Əfqanıstanın paytaxtı Kabildə Daxili İşlər Nazirliyinin binası qarşısında terror aktı həyata keçirilib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 6 polis əməkdaşı ölüb, 4-ü isə yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hərbi formada nazirlik binasına gələn terorist içəri daxil olmağa cəhd edib. Təhlükəsizlik əməkdaşlarının şübhələndiyini görən terorist üzərində olan bombanı binanın girişində partladıb.

Qeyd edək ki, partlayışı Taliban öz üzərinə götürüb.