Nazpərinin qardaşı qızı erotik rəqsləri ilə gecə klublarına müştəri yığır – VİDEO

Xartisti Nazpəri Dostəliyevanın qardaşı qızı gecə klublarına müştəri yığır.

XALQ.AZ xəbər verir ki, Rəvanə Dostalıyeva Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızıdır. Bu barədə məlumat bir müddət öncə yayılmışdı. Belə ki, xalq artistinin ailəsində qalmaqallar davam edən zaman, Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva Rəvanənin görüntülərini paylaşıb, onun ögey bacısı olduğunu bildirmişdi.

Bu hadisədən sonra “Mulatka” adı ilə “instagram”da məşhur olan gənc qız bir müddət hesabını gizli saxlasa da, yenidən aktiv paylaşımlar etməyə davam edir. Rəvanə əsasən yeni açılmış gecə klublarına, barlara müştəri cəlb etmək üçün üsul olaraq istifadə edilir.

Nazpərinin qardaşı qızı erotik rəqsləri ilə gecə klublarına müştəri yığır – VİDEO


Onun ən yaxın rəfiqələrindən biri də “Şeytan Günel” adı ilə bilinən seks işçisi Günel Hüseynlidir.

Rəvanə striptiz göstərilən, bu yaxınlarda da mətbuatın gündəmini zəbt edən “Hot Room Club”da tez-tez görünür, erotik rəqslər edərək o klubun reklamında əsas pay sahibidir. Gecə həyatına yetərincə düşkün olan gənc qız hazırda yeni açılmış başqa bir klubda eyni vəzifəni yerinə yetirir. Ona bu məsələdə Mais Babazadə adlı gənc kömək edir.

Nazpərinin qardaşı qızı erotik rəqsləri ilə gecə klublarına müştəri yığır – VİDEO
Nazpərinin qardaşı qızı erotik rəqsləri ilə gecə klublarına müştəri yığır – VİDEO


“İnstagram”da başqalarının paylaşımlarına öz ismini yazaraq yayması ilə adını tanıdan gənci bir müddət öncə mətbuat başqa hadisə ilə tanıyıb.

Belə ki, Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar qalmaqal baş verən zaman Mais Babazadənin adı hallanıb.

O, klipdə istifadə edilən DİN Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronunu təşkil edib, hətta fotosunu öz hesabında da paylaşıb. Həmçinin, repə çəkilmiş məlum klipin piar işlərini aparıb.

Məsələyə DİN qarışdıqdan sonra klip “YouTube” portalından silinib. DİN Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun görüntüləri klipdən montaj edilərək çıxarılıb və yenidən yüklənib.

Montajdan əvvəl

Montajdan sonra

Mais Babazadə haqqında bu qədər geniş məlumat verməyimizin özəl səbəbi var. Nədənsə çılpaqlıq, erotika, intim mesajların bol olduğu, striptiz rəqslərin göstərildiyi, azyaşlıların spirtli içki qəbul etdiyi məkanlarda görünür, oranı reklam, Rəvanə kimi qızların həmin məkanda olması, yarıçılpaq rəqs etməsini təşkil edir.

Bu haqda daha ətraflı növbəti yazımızda…

Nazpərinin qardaşı qızı erotik rəqsləri ilə gecə klublarına müştəri yığır – VİDEO

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/