Nazpəri Almaniyada konsert verəcək

 

1

Xalq artisti Nazpəri Dostəliyeva konsert verməyə hazırlaşır.

Xalq.az-ın xəbərinə görə, müğənni mayın 31-də solo konsret proqramı ilə Almaniyada çıxış edəcək.

Xalq artisti bu xəbəri öz İnstaqram səhifəsində paylaşıb. N.Dostəliyeva Almaniyada yaşayan azərbaycanlılar üçün sevilən mahnılarını səsləndirəcək.