Nazpəri Dostəliyevaya külli miqdarda pul təklif olunub

05

 

 

Xalq artisti Nazpəri Dostəliyeva Yeni il gecəsi səhnəyə çıxmaqdan imtina edib.

Bu haqda Axşam.az-a müğənninin prodüseri Mikayıl Hüseynov məlumat verib.

Onun sözlərinə görə, N.Dostəliyevaya Qubada fəaliyyət göstərən istirahət mərkəzlərindən birindən təklif gəlib:

“Nazpəri xanıma külli miqdarda pul təklif olunub. Amma o, Yeni il gecəsi heç bir məclisdə, şou proqramda çıxış etmir. Buna görə də təklifdən imtina etdi. Bayramı ailəsi ilə birlikdə bağ evində keçirəcək. Oğlanları Yeni il gecəsi xalq artistinə maraqlı hədiyyə hazırlayıb. Yanvarın 1-də isə xaricə istirahətə yollanacaq”.